ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona yönələn təhdidlərin davam edəcəyi halda sərt cavab veriləcəyini bildirib.
Milli.Az xəbər verir ki, o deyib ki, hər hansı insident baş verərsə, İran ağır nəticələrlə üzləşəcək.
"Onlar bunu etməməlidirlər, amma mən xəbərdarlıq etdim. Əgər nəsə baş verərsə, bütün ölkə havaya sovrulacaq. Mənim çox aydın göstərişlərim var, nəsə baş versə, onlar yer üzündən silinəcəklər", - o, deyib.
Tramp həmçinin Co Baydeni Tehrana qarşı zəif mövqe tutmaqda tənqid edərək, özü prezident olsaydı, təhdidlərə dərhal güclü zərbə ilə cavab verəcəyini vurğulayıb.
Asya
Milli.Az