Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 yanvar tarixində Davosda "Euronews" televiziyasına verdiyi müsahibə qeyd etmişdir ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə də strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək, düzgün hesab etdiyimizi həyata keçirmək idi.
Şübhsiz ki, dünya miqyasında ədalitsizliyin hökm sürdüyü dövrdə, beynəlxalq təşkilatlar və bəzi dövlətlər tərəfindən açıq-aşkar ayrı-seçkiliyin həyata keçirilməsi fonunda müxtəlif istiqamətlərdən Azərbaycana hücumlar olunurdu. Ölkəmizin müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, bəzi qüvvələrin desruktiv fəaliyyəti nəticəsində Avropa Parlamenti kimi bir qurum Azərbaycana qarşı ikili standartlar və selektiv yanaşmalardan qaynaqlanan mövqe nümayiş etdirirdi. Nəticədə dövlətimiz həm Avropa Parlamenti və həm də Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırmışdır.
Öz gücü hesabına bir çox ölkələrin əldə edə bilmədikləri uğurlara imza atan Azərbaycan mürəkkəb şəraitdə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir və istər regional müstəvidə, istərsə də qlobal miqyasda ciddi söz sahibi kimi qəbul edilir. Digər tərəfdən Azərbaycan qlobal layihələri həyata keçirməklə, beynəlxalq miqyasdakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir, təsir imkanlarını artırır və nəticə etibarı ilə ölkəmiz hərtərəfli şəkildə güclənir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilən xarici siyasət strategiyası nəticəsində dövlətimiz müasir çoxtərəfli beynəlxalq diplomatiya və sülh gündəliyi sahəsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq logistika dəhlizlərinin və nəqliyyat kommunikasiyalarının inkişafı sahələrində aparıcı rol oynayır.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü