Ötən il korrupsiyaya görə 267 cinayət işi başlanılıb

22 Yanvar 2026 15:21

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ildə 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Bildirilib ki, xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Məlumata görə, 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 48 material, o cümlədən 14-ü üzrə vurulan maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Ayxan

Milli.Az