ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi - FOTO

22 Yanvar 2026 13:58

ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın "Ayntraxt" üzərində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, səfirliyin açıqlamasında komanda işi, qətiyyət və Azərbaycan futbolunun Avropadakı artan gücü vurğulanır.

Səfirliyin sosial media hesabındakı paylaşımda deyilir:

"Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir" .

Fidan
Milli.Az