"Ərinizi niyə utandırırsınız, başını niyə yerə soxursunuz?"

22 Yanvar 2026 17:53

Müğənni Ofelya Şabanova son açıqlaması ilə izləyicilərin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, sənətçi valideynlərin uşaqlarını məktəbə apararkən aşırı makiyaj etməsinə sərt münasibət bildirib.

"Mən uşağı məktəbdən götürməyə ev başmağı ilə getmişəm. Baxırsan, evli, ədəbli xanımlar, xanımları görürsən, valideynlər bəzən 'kraska-pudra' ilə məktəbə gedirlər, nazla, qəmzə ilə uşağı götürürlər. O kişinin niyə utandırırsınız, başını niyə yerə soxursunuz? Kosmetikasız uşağı məktəbdən götürəndə nə olacaq ki?".

Şabanovanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az