Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir.
Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Danimarka krallığının muxtar ərazisi olan Qrenlandiyanın əhalisi 57 min nəfər təşkil edir.
Milli.Az