Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir neçə gün efirə çıxmayacaq. Onu proqramda həmkarı Mətanət Əliverdiyeva əvəzləyəcək.
Milli.Az xəbər verir ki, axşam.az-a danışan Vüsalə səhhətində problem olduğunu deyib. O bildirib ki, qızı Dilək və özü virusa yoluxub:
"Hərarətim var, halım yoxdur. Bu viruslardan mən və qızım da tutub. Taqetim yoxdur".
Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl də sosial şəbəkə hesabında paylaşım edərək, bir neçə gün müalicəyə gedəcəyini yazmışdı.
Milli.Az