Hər il bəzən şaxtalı havada su sayğacları dona bilər. Nəticədə sakinlər su problemi ilə üzləşirlər.
Bu problemi yaşamamaq üçün nə etməliyik?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, primitiv qaydada çəkilmiş su xətlərinin çoxunda izolyasiya tələbi nəzərə alınmır:
"İstehlakçılara bildirmək istəyirik ki, şaxtalı günlərdə sayğacların donmaması üçün qabaqlayıcı tədbirlər görsünlər.
Şaxtanın çox olduğu vaxtlarda sayğacın donmaması üçün giriş vintilin bağlamalı, çıxış vintilin açıq saxlanmalıdır. Sayğac qutusunun qapısı da bağlı olmalıdır. Donvurmada mühafizə tədbirləri məqsədi ilə açıq havada qalan boruları sayğacın özünü isti materialla örtmək vacibdir".
Aysel Əkbər
Milli.Az