21 yaşlı oğlan küçədə infarktdan öldü - FOTO

22 Yanvar 2026 13:10

Bakıda gənc oğlan infarktdan ölüb.

Milli.Az xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib.

Dünən saat 13 radələrində Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib.

Onun infarktdan dünyasını dəyişdiyi müəyyənləşib.

Araşdırma aparılır.

Milli.Az