"Türkiyəyə gələndən sonra başladım" - Fenomendən narkotik etirafı - FOTO

22 Yanvar 2026 15:00

Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan və daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılan fenomen Bilal Hancının prokurorluq ifadəsi ortaya çıxıb.

Milli.Az xəbər verir ki, Hancı bildirib ki, "Amsterdamda kokain istifadə etmişəm. Əvvəllər heç vaxt narkotik istifadə etməmişdim. Boşandıqdan sonra psixoloji sarsıntı keçirirdim. Türkiyəyə qayıtdıqdan sonra ayda bir dəfə, özümü çox pis hiss edəndə narkotikdən istifadə edirdim".

Bilal Hancı prokurorluğa ifadə verdikdən sonra məhkəmə nəzarəti altında ev dustaqlığı şəklində sərbəst buraxılıb. 

Qeyd edək ki, fenomen sosial mediada "Kafalar" qrupu ilə tanınır və geniş pərəstişkar kütləsinə sahibdir.

Fidan
Milli.Az