Ötən il 6 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib.
Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.
Bildirib ki, görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib.

Belə ki, həmin ödənişlərdən 788 934,49 AZN əməkhaqqı, 14 050 AZN zərərə görə ödənc, 39 360,46 AZN sosial müavinət və kompensasiyadan ibarət olub:
"Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib".
Mina Mikayılova
Milli.Az