Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi

22 Yanvar 2026 11:58

Səhhətində yaranmış problem ilə əlaqədar "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aparılmış müayinələrin nəticələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Onun xəstəxana şəraitində müalicəsinə başlanılıb.

Milli.Az