"Qarabağ"ın sabiq futbolçusu, hazırda Meksikanın "Pumas" klubunda çıxış edən Olavio Juninyo Ağdam təmsilçisinin "Ayntraxt"la matçını (3:2) izləyib.
Milli.Az xəbər verir ki, o, bununla bağlı instaqram hesabında video paylaşıb.
Paylaşılan görüntülərdə "Qarabağ"ın qol vurduğu anlar əks olunub.
Qeyd edək ki, Juninyo "Qarabağ"la ölkə çempionu olub, Azərbaycan Kubokunu qazanıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az