Müğənni Təranə Qumral son açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, xanım sənətçi qızına qarşı haqsız münasibət olduğunu bildirib və uzun müddətdir susduğunu vurğulayıb.
Sənətçi açıqlamasında bəzi şəxslərin məsələyə yanlış şəkildə cəlb edildiyini deyərək Xalq artisti Niyaməddin Musayevin bu mövzuya aidiyyəti olmadığını xüsusi qeyd edib. O, Musayevə olan hörmətini belə ifadə edib:
"Onların bütün sülaləsi qurban olsun o kişiyə. Mən əvvəllər də hər şeyi ona qurban etmişəm. O insan bu məsələlərə qətiyyən aid deyil, tamamilə ayrı adamdır. Xalq artistidir, prezident təqaüdçüsüdür, Şöhrət ordeni sahibidir. 32 ildir deyirəm ki, hamınızı o kişiyə qurban etmişəm - içi Musa qarışıq. Susmuşam, amma danışmalı olduğum çox şey var. Niyaməddin Musayevə hörmətə görə bu günə qədər danışmamışam".
Milli.Az