Papa XIV Leo ABŞ prezidenti Donald Trampın Qəzzanın idarə olunması və yenidən qurulmasına nəzarət edəcək "Sülh Şurasına" qoşulmaq dəvətini nəzərdən keçirir.
Milli.Az xəbər verir ki, Vatikanın da dəvət alan tərəflər arasında olduğu təsdiqlənib.
Ağ Evin açıqlamasına görə, şura Tramp administrasiyasının Qəzza ilə bağlı planının icrasına nəzarət edəcək. Kardinal Parolin isə Vatikana edilən dəvətin maliyyə öhdəliyi nəzərdə tutmadığını və qərarın xüsusi şərtlərlə qiymətləndirildiyini vurğulayıb.
Fidan
Milli.Az