Gəncədə sərnişin avtobusu piyadanı vurdu

22 Yanvar 2026 11:03

Gəncədə sərnişin avtobusu piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində 5 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü N.Zeynalovanı vurub.

Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yeləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az