Azərbaycanda türk qızılı kəskin BAHALAŞDI

22 Yanvar 2026 10:58

Son günlər qızılın qiymətinin kəskin bahalaşacağı bildirilir.

Milli.Az-ın bazardakı mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyə istehsalı qızılın 1 qramının 200 manata qədər yüksələ biləcəyi iddia olunur.

Hazırda qiymət artımının sürətlə davam etdiyi və qızıl bazarında ciddi bahalaşma müşahidə olunduğu qeyd edilib.

Mina Mikayılova
Milli.Az