"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Milli.Az xəbər verir ki, o, Almaniyanın "Ayntraxt" komandası ilə matçın 90+4-cü dəqiqəsində fərqlənərək diqqət mərkəzinə düşüb.
28 yaşlı müdafiəçinin vurduğu qol "Qarabağ" üçün həlledici olub.
Qeyd edək ki, "Qarabağ" doğma azarkeşləri önündə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək əzmkar qələbəyə imza atıb.
Ayxan
Milli.Az