Qızıl ucuzlaşdı - QİYMƏTLƏR

22 Yanvar 2026 09:29

Əmtəə bazarlarında qızıl üzrə fyuçers qiymətlərində geriləmə qeydə alınıb.

Milli.Az xəbər verir ki, birja mənbələrinə əsasən, Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üçün 2026-cı ilin fevral ayına nəzərdə tutulan fyuçers müqavilələrinin dəyəri 0,77 faiz azalaraq 4 800,31 ABŞ dolları səviyyəsinə enib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti artım nümayiş etdirərək 0,68 faiz yüksəlib və 93,268 ABŞ dollarına çatıb.

Milli.Az