UEFA Çempionlar Liqasının rəsmi "X" (keçmiş Twitter) hesabında Azərbaycan təmsilçisi "Qarabağ" klubu ilə bağlı paylaşım edilib.
Milli.Az xəbər verir ki, paylaşım turnirin Liqa mərhələsinin VII turu çərçivəsində keçirilən "Qarabağ" - "Ayntraxt" qarşılaşmasına həsr olunub. Postda görüşün ən yaxşı futbolçusu seçilən Kamilo Duranın fotosu paylaşılıb.
Paylaşımda, həmçinin Ağdam təmsilçisinin 94-cü dəqiqədə vurduğu həlledici qolla qələbə qazandığı vurğulanıb.
Qeyd edək ki, "Qarabağ" doğma azarkeşləri önündə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək əzmkar qələbəyə imza atıb.
Hüseyn
Milli.Az