UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün VII turun növbəti oyunları keçirilir.
Milli.Az xəbər verir ki, günün maraqla gözlənilən matçında Türkiyə təmsilçisi "Qalatasaray" doğma meydanda İspaniya "Atletiko"sunu qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Eyni vaxtda başlayan oyunda Azərbaycanın "Qarabağ" komandası öz meydanında Almaniyanın "Ayntraxt" Frankfurt komandasını son dəqiqə qolu ilə 3:2 məğlub edib.
Günün digər qarşılaşmaları saat 00.00-da başlayacaq.
Milli.Az