Qurban Qurbanovdan ilk açıqlama - VİDEO

21 Yanvar 2026 23:59

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntraxt" üzərində qazanılan tarixi qələbəni (3:2) şərh edərkən komandasının nümayiş etdirdiyi əzmkarlığı xüsusi vurğulayıb.

Milli.Az xəbər verir ki, Qurban Qurbanov ilk növbədə tribunaları dolduran tərəfdarlara minnətdarlığını bildirib: "Son vaxtlar azarkeşlərin bizə olan etibarı bir qədər sarsılmışdı, lakin oyunçularım bu möhtəşəm çıxışla həmin inamı yenidən bərpa etməyi bacardılar. Komandam tərəfdarları stadonda görəndə böyük ruh yüksəkliyi ilə oynayır. Hesab edirəm ki, bu zəfər məhz azarkeşlərimizin haqqı idi".

Qurbanov həmçinin futbolçularının oyun boyu nizam-intizamlı davrandıqlarını qeyd edərək, bu nəticənin "Qarabağ"ın tarixində bir ilk olduğunu və bənzərsiz uğur sayıldığını diqqətə çatdırıb.

Milli.Az