Şaxta "Qarabağ" azarkeşlərini dayandıra bilməz - VİDEO

21 Yanvar 2026 21:21

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Qarabağ" Almaniyanın "Ayntraxt" komandasını qəbul edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun başlamasına dəqiqələr qalmış minlərlə azarkeş soyuq və şaxtalı hava şəraitinə baxmayaraq, "köhlən atlar"a dəstək olmaq üçün Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısına toplanıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Milli.Az