“Qarabağ”dan oyundan öncə növbəti paylaşım - Fotolar

21 Yanvar 2026 21:14

"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində bu axşam Bakıda Almaniyanın "Ayntraxt" klubu ilə keçiriləcək oyundan qabaq sosial şəbəkə hesablarında paylaşım edib.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi həlledici matçdan əvvəl futbolçuların hazırlıq anlarından fotoları izləyicilərinə təqdim edib.

Qeyd edək ki, "Qarabağ" hazırda liqa mərhələsində 7 xalla 25-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək qarşılaşmanı isveçrəli referi Sandro Şerer idarə edəcək.

Milli.Az