Haldun Dormen vəfat etdi - FOTO

21 Yanvar 2026 20:59

Türkiyəli teatr ustası Haldun Dormen 97 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, reanimasiyada müalicə alan və süni nəfəs aparatına qoşulan sənətkar müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Haldun Dormen 1928-ci ildə Mersində doğulub.

O, 1955-ci ildə əfsanəvi "Dormen Teatrı"nı quraraq Türkiyədə qərb üslublu bulvar komediyası və müzikl janrlarının formalaşmasına öncülük edib. "Sokak Kızı İrma" kimi məşhur tamaşalarla böyük uğurlar qazanıb.

O, təkcə aktyor və rejissor deyil, həm də saysız-hesabsız sənətkarlar yetişdirən bir müəllim olmuşdur. Türkiyənin ən nüfuzlu teatr mükafatlarından olan "Afife Teatr Mükafatları"nın təsis edilməsinə rəhbərlik etmişdir.

Lalə Qüdrətova
Milli.Az