Azərbaycanlı məşhur müğənnilərin əsl yaşları sizi TƏƏCCÜBLƏNDİRƏCƏK - FOTOlar

25 Yanvar 2026 15:41

Azərbaycanlı məşhur müğənnilərin yaşları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, xüsusilə bəzi sənətçilərin yaşlarından xeyli cavan görünməsi izləyicilərin diqqətini çəkib və geniş müzakirələr yaradıb.

Son günlər sosial platformalarda yayılan paylaşımlarda məşhur ifaçıların real yaşları ilə səhnə görüntüləri müqayisə edilir. İzləyicilər bir çox müğənninin illərə meydan oxuyan görünüşünü sağlam həyat tərzi, düzgün qidalanma, idman və baxım, həmçinin kosmetoloji prosedurlar və estetik müdaxilələrlə əlaqələndirirlər. 

Digər tərəfdən, bəzi müğənnilərin yaşlarının açıqlanması izləyicilərdə təəccüb və maraq doğurub. Onların səhnədəki enerjisi, dinamik çıxışları və imici yaşla uyğun gəlmədiyi üçün sosial şəbəkə istifadəçiləri arasında "illər onlara təsir etmir" kimi fikirlər səsləndirilib.

Müzakirələr zamanı tamaşaçıların bir qismi sənətçilərin yaşının önəmli olmadığını, əsas meyarın yaradıcılıq və səhnə keyfiyyəti olduğunu vurğulayıb. Digərləri isə açıq şəkildə yaş mövzusunun şou-biznesin ayrılmaz hissəsi olduğunu və maraq doğurmasının təbii qarşılandığını qeyd ediblər.

Məşhur sənətçilərdən bəzilərinin yaşlarını təqdim edirik:

Hüseyn
Milli.Az