Ötən il Bakıda 14 mindən çox cinayət törədilib

21 Yanvar 2026 16:16

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilib ki, onların 93,4 %-nin açılması təmin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində məlumat verilib. 

Bildirilib ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib. 

Paytaxtın daxili işlər orqanlarında 5484 cinayət işinin istintaqı tamamlanaraq, 4312 işin məhkəmələrə göndərilməsi təmin olunub. 

Ayxan
Milli.Az