İçində morq və həbsxana olan kruiz gəmiləri: Hər il 25 nəfər itkin düşür - FOTO

21 Yanvar 2026 23:00

Kruiz gəmiləri yalnız lüks və əyləncə məkanı deyil, həm də qeyri-adi təhlükəsizlik və idarəetmə sistemləri ilə diqqət çəkir.

Milli.Az xəbər verir ki, məlumata görə, bu tip gəmilərdə yaşlı sərnişinlər və təbii ölüm hallarına hazır olmaq üçün hər gəmiyə 3-6 nəfərlik real morq yerləşdirilir. Gəmi o qədər böyük olur ki, hər il 20-25 nəfər itkin düşür; gecə vaxtı yoxa çıxan şəxslərin tapılması isə çox çətin olur.

İtkin hadisələrdə panikaya yol verməmək üçün ilk 4-8 saat gizli axtarış protokolu tətbiq olunur, kameralar yoxlanılır. Gəmilərdə kiçik, pəncərəsiz "brig" tipli həbsxana var; şübhəli şəxslər növbəti limanda polisə təhvil verilir.

Sərnişinlər arasında gizli təhlükəsizlik işçiləri mövcuddur və hadisə anında müdaxilə edirlər.

Gəminin alt hissəsi labirint kimi böyükdür, sərnişinlər yalnız gəminin təxminən 30%-ni görür.

Karantin protokolları gizli tətbiq olunur; izolasiya edilən şəxslər xəbərsiz saxlanılır.

Ekspertlər xəbərdarlıq edir ki, kruiz gəmilərində gözə görünməyən təhlükəsizlik və idarəetmə tədbirləri sərnişinlər üçün gizli və sirli bir dünyadır.

Fidan
Milli.Az