Gürcüstanda ova gedən azərbaycanlının meyiti tapıldı - FOTO

21 Yanvar 2026 14:22

Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 18-i Qızılhacılı kəndində ov məqsədilə evdən çıxaraq dağlıq əraziyə yollanan 83 yaşlı Fəhrəd Namazov itkin düşüb.

Bu gün səhər saatlarında yerli sakinlərin apardığı axtarışlar nəticəsində onun meyiti tapılıb.

Araşdırma aparılır.

Milli.Az