Sabah Bakının bu əraziləri susuz qalacaq

21 Yanvar 2026 14:00

Sabah Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb yay mövsümündə suya artan tələbatın tənzimlənməsi və keyfiyyətin yaxılaşdırılması istiqamətində görüləcək işlər çərçivəsində magistral xəttin qəzalı hissələrinin dəyişdirilməsidir.

Milli.Az