Fransalı hücumçu Kililan Mbappe İspaniyanın "Real Madrid" klubunun heyətində UEFA Çempionlar Liqasında əlamətdar göstəriciyə imza atıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mbappe Liqa mərhələsinin VII turunda "Monako"ya qarşı 6:1 hesablı qələbə ilə başa çatan görüşdə iki dəfə fərqlənərək bu nailiyyətə çatıb.
Beləliklə, forvard cari mövsüm Çempionlar Liqasında 11 qol vurub. Bu göstərici ilə o, qrup və əsas mərhələlər üzrə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb. Portuqaliyalı ulduz 2015/2016 mövsümündə qrup mərhələsində 11 dəfə rəqib qapılarını silkələmişdi.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm ümumilikdə klub turnirlərində meydana çıxdığı 26 oyunda 30 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.
Hüseyn
Milli.Az