Bu gündən etibarən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.
Bu barədə Milli.Az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.
Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.
Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Milli.Az