Özbəkistan təyyarəsi qəza enişi edib.
Milli.Az xəbər verir ki, "Uzbekistan Airways" şirkətinə məxsus təyyarə Krasnoyarskda (Rusiya) qəza enişi edib.
Bu barədə Rusiya KİV-ləri hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Təyyarədə 122 sərnişin və heyət üzvü olub. Xəsarət alanlar barədə məlumat verilməyib.
"Daşkənd-Vladivostok reysini yerinə yetirən "Boeing" təyyarəsi Krasnoyarskda texniki səbəblərdən qəza enişi edib, eniş normal keçib", - mətbuat xidməti bildirib.
Fidan
Milli.Az