Azərbaycanlı müğənni şəhidlərin adını daşıyan küçəyə yol çəkdirdi - VİDEO

21 Yanvar 2026 13:58

Sosial şəbəkələrdə Mehriban Qəmbərovanın təşəbbüsü ilə şəhidlərin adını daşıyan küçədə yolun çəkilməsinə dair görüntülər yayılıb və bu paylaşımlar geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, yayılan məlumatlara görə, sözügedən yol uzun müddət dağılmış vəziyyətdə olub. Xüsusilə yağışlı havalarda yaranan iri gölməçələr həm avtomobillərin, həm də piyadaların hərəkətinə ciddi maneə törədirdi. Bu durum sakinlərin narazılığına səbəb olurdu.

Görüntülərdə yolun bərpası və asfaltlanması prosesi əks olunub. Sosial şəbəkə istifadəçiləri təşəbbüsü şəhidlərin xatirəsinə göstərilən hörmət kimi dəyərləndirərək, görülən işi müsbət qarşılayıblar. Yolun təmiri ilə bağlı çoxsaylı rəy və şərhlər yazılıb.

Musa
Milli.Az