"Fənərbağça" prezidenti Sadəttin Saran Alanyada maraqlı hadisə ilə gündəmə gəlib.
Məktəb ziyarəti zamanı formasına imza istəmək üçün yaxınlaşan şagird gözlənilməz reaksiya ilə qarşılaşıb. Saran formaya deyil, uşağın alnına imza atıb.
Hadisə məktəbdə olanlar tərəfindən təəccüblə qarşılanıb. Maraqlı anlar ətrafdakıların diqqətini çəkərkən, şagirdin yaşadığı çaşqınlıq üz ifadəsinə də yansıyıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Sadettin Saran "narkotik maddələrlə təmin etmək" və "narkotik istifadəsini asanlaşdırmaq" ittihamları ilə bağlı ötən ay saxlanılmışdı.İfadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilmişdi.
Fidan
Milli.Az