Qadağan olsa da, Bakıya gəldilər

21 Yanvar 2026 11:33

"Ayntraxt" "Qarabağ"la matça azarkeşsiz çıxacaq

Milli.Az xəbər verir ki, buna səbəb  UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələrə görə "Ayntraxt"a iki səfər oyunu üçün azarkeş qadağası tətbiq edilməsidir.

Qadağaya baxmayaraq "Ayntraxt"ın 15ə yaxın azarkeşi Bakıya gəlib.

Qeyd edək ki, Bakıdakı matçda rəqib azarkeşlərinə yer ayrılmayıb, amma illərlə "Ayntraxt"ın yanında olan bir qrup azarkeş Budapeşt-Bakı reysiylə ölkəmizə gəlib. 

Tural
Milli.Az