Qara Qarayevə verilən mənzil satışa çıxarıldı - 750 min manat

21 Yanvar 2026 11:30

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti Qara Qarayevə verilən mənzil satışa çıxarılıb.

Milli.Az xəbər verir ki,  "İçərişəhər" metrosansiyasının yaxınlığında yerləşən mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilib və Qara Qarayev bir neçə il həmin ünvanda yaşayıb. Daha sonra başqa ünvana köçüb, həmin mənzildə isə illər ərzində müxtəlif ailələr məskunlaşıb və sonradan mənzil satılıb.

Hazırda isə həmin mənzil 750 min manata satışa çıxarılıb.

Qeyd edək ki, Qara Qarayevin 1918-1946-cı illərdə yaşadığı  və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil hazırda onun ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Həmin muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və digər dəyərli eksponatlar saxlanılır.

Qara Qarayevin sonuncu yaşadığı mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşir. Həmin binada bəstəkarın baraleyfi quraşdırılmış, yaxınlıqda isə onun adını daşıyan park salınmışdır.

Mina Mikayılova
Milli.Az