3 gün ərzində Lerikə yağan intensiv qar bu gün səngiyib.
Milli.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov Modern.az-a açıqlamasında bildirib ki, qalan kəndlərin elektrik enerjisi ilə təmin olunması bu gün ərzində başa çatdırılcaq:
"Magistral yollarımız təmizdir. Kənd yollarında çətinliklər hələ davam edir. Məktəblər qaydalara uyğun şəkildə işləyir. Təcili Tibbi Yardım Xidmətinə müraciət daxil olmayıb"
Milli.Az