Bakıda yollar və səkilər qardan təmizlənir

21 Yanvar 2026 10:55

Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.

Milli.Az xəbər verir ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır. 

Asya
Milli.Az