Yamaldan anasına bahalı ad günü SÜRPRİZİ - FOTOlar

21 Yanvar 2026 11:22

"Barselona"nın gənc ulduzu Lamin Yamal anasına etdiyi dəbdəbəli hədiyyə ilə diqqət çəkib.

Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 2025-ci ildə Kataloniya klubu Yamal ilə yeni müqavilə imzalayıb. Gənc futbolçu bu razılaşma çərçivəsində təkcə əfsanəvi 10 nömrəli formanı deyil, eyni zamanda illik təxminən 27 milyon avro məvacibi də əldə edib.

Məhz bu yüksək gəlir ona ailə üzvlərini xüsusi hədiyyələrlə sevindirməyə imkan yaradır. Bu günlərdə anasının ad günü münasibətilə Yamal ona 6000 avrodan artıq dəyəri olan lüks "Lady Dior" çantası hədiyyə edib. Bahalı sürpriz sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Hüseyn
Milli.Az