Faiq Əhmədov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

21 Yanvar 2026 09:26

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.

Milli.Az xəbər verir ki, oxu.az-ın məlumatına görə, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.

Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.

Milli.Az