ABŞ Prezidenti Donald Tramp NATO-nun mövcudluğunu məhz öz fəaliyyəti ilə əlaqələndirdiyini bildirib.
Milli.Az-ın məlumatına görə, Tramp bu fikirləri ona məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşıb.
ABŞ liderinin sözlərinə görə, əgər o hakimiyyətə gəlməsəydi, Şimali Atlantika Alyansı artıq fəaliyyət göstərməzdi. Tramp qeyd edib ki, bu halda NATO "tarixin zibilliyinə atılmış" olardı. Prezident bunun sərt səslənsə də, reallığı əks etdirdiyini vurğulayıb.
Hüseyn
Milli.Az