20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.
Anım mərasimində 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsində tutduğu mühüm yer vurğulanıb, şəhidlərin fədakarlığının heç zaman unudulmayacağı qeyd edilib.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad ediblər.
Allah rəhmət eləsin.
Milli.Az