Baş nazir çağırış etdi: 5 günlük ərzaq ehtiyatı görün

21 Yanvar 2026 01:13

Hərbi münaqişənin baş verməsi ehtimalı azdır, amma bunu tamamilə istisna etmək olmaz.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen deyib.

"Qrenlandiya hökuməti əhalinin gündəlik həyatda baş verə biləcək mümkün pozuntulara hazırlaşmalarına kömək etmək üçün bütün müvafiq yerli hakimiyyət orqanlarının nümayəndələri ilə işçi qrupu yaradacaq. Hakimiyyət orqanları həmçinin vətəndaşlara, evdə ən azı beş günlük ərzaq ehtiyatının olması da daxil olmaqla, yeni tövsiyələr üzərində işləyir", - Nilsen bildirib.

Milli.Az