Yeni Yasamalda zəncirvari qəza: Yol buz bağlayıb - VİDEO

20 Yanvar 2026 23:04

Yeni Yasamal yaşayış massivində, dairəvi yol yaxınlığında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisəyə səbəb yolun kəskin buz bağlaması və sürüşkənlik olub. İdarəetməni itirən sürücülər maşınları saxlaya bilməyərək bir-birinə çırpılıblar. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, ərazidə hərəkət məhdudlaşıb.

Lalə Qüdrətova
Milli.Az