Sabah 10:30-da qaz kəsiləcək - Bu ərazilərdə

20 Yanvar 2026 22:46

Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, yanvarın 21-də saat 10:30-dan 11:30-dək Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 2 179 abonentin qaz verilişində məhdudiyyət olacaq.

Milli.Az