Şəbnəm Tovuzlunun makiyajsız görüntüsü MÜZAKİRƏ YARATDI - VİDEO

21 Yanvar 2026 10:30

Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntüsü ilə sosial şəbəkələrdə gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, ifaçı təbii halını əks etdirən kadrlar qısa zamanda geniş yayılaraq izləyicilər arasında marağa səbəb olub.

Sosial media istifadəçilərinin bir qismi Şəbnəm Tovuzlunun makiyajsız da olduqca gözəl göründüyünü bildirərək ona təriflər yağdırıb. Bir çox izləyici sənətçinin təbii görünüşünü yüksək qiymətləndirib və bunu cəsarətli addım kimi dəyərləndirib.

Rəylərdə müsbət fikirlərin üstünlük təşkil etdiyi müşahidə olunub.

Həmin videonu təqdim edirik:

Musa
Milli.Az