Aİ-dən Qrenlandiyaya böyük maliyyə planı

20 Yanvar 2026 18:21

Avropa İttifaqı Qrenlandiyada investisiya fəaliyyətini genişləndirməyi planlaşdırır.

Milli.Az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı açıqlama verib.

O bildirib ki, Avropa tərəfi Qrenlandiyaya yönələn maliyyə yatırımlarının həcmini ciddi şəkildə artırmaq üzərində çalışır. Ursula fon der Leyenin sözlərinə görə, bu istiqamətdə Qrenlandiya və Danimarka ilə sıx əməkdaşlıq qurularaq yerli iqtisadiyyatın daha güclü dəstəklənməsi üçün yeni imkanlar araşdırılacaq.

"Qrenlandiyada Avropa investisiyasının miqyasını genişləndirmək niyyətindəyik. Bu prosesi Qrenlandiya və Danimarka ilə birgə həyata keçirərək, regionun iqtisadi potensialının inkişafına töhfə vermək istəyirik", - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Kənan
Milli.Az