2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Milli.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 67,1 milyon kVt-saat və ya 2,3 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 599,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 53,5 milyon kVt-saat və yaxud 9,8% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.
Milli.Az