"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".
Milli.Az xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib. Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib:
"Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".
"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib:
"Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin! " - deyə keçmiş müdafiə naziri bildirib.
Milli.Az